Əlində smartfon tutan kişi, üstündə sosial şəbəkə ikonları

Hər hansı bir fəaliyyətlə planı quranda öncə görülməli işlərdən biri də bu layihənin marketinq tərəfidir. Əgər marketinq işi yoxdursa, PR kampaniyası güclü olanlarla rəqabət aparmaq mümkün olmayacaq. Etiraf etmək lazımdır ki, bu gün Sosial Media Marketinqinin (SMM) əsas hissəsini sosial şəbəkələr təşkil edir.

Müştəri hansısa sektorunun xidmətindən yararlanmaq istəyirsə, öncə sosial şəbəkə səhifələrini axtarır. Paylaşımlar, rəylər həmin xidmət haqqında bizdə müəyyən bir fikir formalaşdırmış olur. Bu da sosial şəbəkə səhifələrinin idarə edilməsində peşəkar yanaşma tələb edir. Müştərini yaxşı xidmətdən öncə xoş münasibətlə cəlb etmək mümkündür. Yaxşı xidmət göstərən çox ola bilər, amma müştəri onlar arasında seçim edərkən, daha xoş münasibətə üstünlük verəcək.

Konora Events olaraq müştərilərimizin bu sahədə olan boşluqlarına baxıb onlara lazımi xidməti göstəririk.