Xidmətin tərkibi
- Hədəf auditoriyasını müəyyən etmək
- Satış strategiyasını hazırlamaq
- Tədbirin təşviqi
- Sponsorluq prosesini həyata keçimək

Hədəf auditoriyasını müəyyən etmək
Brendiniz üçün hədəf auditoriyanı təyin edərkən atılacaq düzgün addımlar uğurlu nəticələrin ortaya çıxmasına imkan verəcəkdir. Təbii ki, bu məsələ peşəkarlara həvalə olunmalıdır. Hədəf Auditoriya, bazara çıxarılacaq məhsul və ya xidmətlərin kimə satılacağı üçün yaradılmış statistik məlumatdır və məhsul satmaq istəyən hər bir şəxs satacağı məhsullar üçün konkret hədəf auditoriyası müəyyən etməlidir. Hədəf auditoriyasını təyin edərkən, xüsusən də brendlərin hədəf auditoriyasını müəyyən etmək üçün doğru addımlar atması lazımdır. Şirkətimiz hədəf auditoriyasının müəyyən edilməsində sizə tam xidmət göstərəcəkdir.

Satış strategiyasını hazırlamaq
Satış strategiyası məhsulun bazarda satılması və mənfəət əldə olunması üçün görməli olduğumuz fəaliyyətlərin əsaslandırılmış şəkildə yerinə yetirilməsidir. Hansı məhsulu, kimə, harda və necə satacağımızı əvvəlcədən bilməkdir. Satış strategiyası - bazarlar, rəqiblər, distrubisya kanalları, mal çatdırılması, mövqeləndirmə, reklam, qiymətləndirmə, maliyyələşdirmə, müştəri münasibətləri, informasiya kimi elementlərdən ibarətdir. Şirkətiniz üçün satış strategiyasının hazırlanmasını komandamıza etibar edə bilərsiniz.

Tədbirin təşviqi
Tədbir təşviqatında 2 əsas element var:
1. Marketinq alətləri 2. Reklam növləri
Marketinq alətlərinə plan və strategiya, e-poçt marketinq, mobil marketinq və sosial marketinq kimi elemenetlər aiddir.
Reklam növlərinə tv reklamları, radio, çap materialları, poliqrafiya – çöl reklamları, billbordlar, sosial media reklamları və s aiddir.
Tədbir təşviqatında komandamız düzgün hədəf auditoriyasını müəyyən edərək, lazımi marketinq və reklam növlərindən istifadə edir və minimum xərc maksimum nəticə prinsipilə istəyinizə nail olur.
