Xidmətin tərkibi

  • Konqres mərkəzi seçimi
  • Təşkilat axını və vaxt planlaması
  • Büdcə planlaması və izləmə
  • Katiblik xidmətləri
  • Sosial proqramın planlaşdırılması
  • Əməliyyatların idarə edilməsi
Narıncı oturacaqlı yarımdairəvi konqres zalı

Konqres mərkəzi seçimi

Tədbirlərin, konfransların, sempoziumların və s. keçirilməsi üçün uyğun məkanlar əvvəlcədən nəzərdən keçirilir, danışılır, seçim olunur və tam təşkilatçılıq olunaraq həmin günə hazır hala gətirilir. Peşəkar komandamız sayəsində müştərilərimizə ən üst səviyyədə xidmət göstərilir.

Kalkulyator, “PLAN” yazılmış dəftər və rəngli qeyd lentləri

Büdcə planlaması və izləmə

Düzgün hazırlanmış büdcə planlamasında yalnız yaxşı büdcə texnikası kifayət deyil, bu büdcə işi yaxşı bilənlər tərəfindən hazırlanmalı və büdcəyə təsir edə biləcək bütün xarici amillər göz önündə tutulmalıdır. Bunu isə biz ana ünsürlər ( xərclər, gəlirlər və mənfəət ) olmaqla nəzərə alıb, əvvəlcədən proqnozlaşıdırıb, müştərilərimizə təqdim edib, son ana qədər hər şeyə nəzarət edərək, izləyirik.

Əlində parlayan rəqəmsal dişli çarx ikonları tutan iş adamı

Əməliyyatların idarə edilməsi

Günümüzdə elə bir biznes, özəl və ya dövlət təşkilatı yoxdur ki, gündəlik funksiyalarını həyata keçirmək üçün orada əməliyyatların idarə olunması prinsipləri nəzərə alınmasın. Əməliyyatların menecmenti hər bir təşkilatda istehsalı və ya xidmətləri planlaşdıran və idarə edən mühərrik otağıdır. Əməliyyat menecerləri şirkətin rəqabət qabiliyyətini qorumaq üçün, səmərəliliyi, məhsuldarlığı və mənfəəti maksimum dərəcədə artırmalıdırlar. Əməliyyatların idarə edilməsi bir çox hallarda işin təşkili,nəzarət, monitoriq və əsas biznes funkisyalarının yerinə yetirilməsi ilə əlaqədardır. Əməliyyatların idarə edilməsi bir çox sahələri əhatə edir və təşkilatın ümumi uğurunu müəyyən edən bir istiqamətdir. Təşkilatın uğurlu fəaliyyəti və dinamikanın qorunması üçün vacib amillər aşağıdakılardır:

  • məhsul və ya xidmət keyfiyyəti
  • proseslərin düzgün icrası
  • rəqabətlilik qabiliyyəti
  • resursların idarə edilməsi və daim yaxşılaşdırılması
  • texnoloji inkişaflar
  • mənfəətlilik