О мероприятии
Dəyərli Həkimlər!
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Nefralogiyanın inkişafına yardım ictimai birliyi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə, "Nefralogiya və Böyrək Transplantasiyasında Klinik təcrübələr və gələcək perspektivlər" adlı elmi-praktik konfrans keçiriləcək.
Konfransın əsas məqsədi :
- Xroniki böyrək xəstəliklərinin idarə olunmasında müasir yanaşmaların təqdimatı
- Transplantasiya sonrası müşahidə və ağırlaşmaların idarə olunması
- Multidissiplinar əməkdaşlığın gücləndirilməsi
- Gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsi
150 - 200 həkimin iştirakı ilə baş tutacaq konfrans Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunacaq və iştirakçılara sertifikat veriləcəkdir.
Bu konfransda nefroloqlar, uroloqlar, terapevtlər, cərrahlar, transplantoloqlar və anestezioloq-reanimatoloqlar iştirak edə bilərlər
🗓️Tarix : 17 Aprel 2026-cı il
📌Məkan: Azərbaycan Tibb Universiteti Tədris Terapevtik klinikası
📍Konfransın rəsmi agentliyi :Konora Events şirkəti
📲Sponsorluq və əlavə məlumat üçün əlaqə nömrəsi :099 877 26 29
