About the event

Dəyərli Həkimlər!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Nefralogiyanın inkişafına yardım ictimai birliyi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə, "Nefralogiya və Böyrək Transplantasiyasında Klinik təcrübələr və gələcək perspektivlər" adlı elmi-praktik konfrans keçiriləcək.

Konfransın əsas məqsədi :

  • Xroniki böyrək xəstəliklərinin idarə olunmasında müasir yanaşmaların təqdimatı
  • Transplantasiya sonrası müşahidə və ağırlaşmaların idarə olunması
  • Multidissiplinar əməkdaşlığın gücləndirilməsi
  • Gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsi

150 - 200 həkimin iştirakı ilə baş tutacaq konfrans Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunacaq və iştirakçılara sertifikat veriləcəkdir.

Bu konfransda nefroloqlar, uroloqlar, terapevtlər, cərrahlar, transplantoloqlar və anestezioloq-reanimatoloqlar iştirak edə bilərlər

🗓️Tarix : 17 Aprel 2026-cı il

📌Məkan: Azərbaycan Tibb Universiteti Tədris Terapevtik klinikası

📍Konfransın rəsmi agentliyi :Konora Events şirkəti

📲Sponsorluq və əlavə məlumat üçün əlaqə nömrəsi :099 877 26 29