About the event

Hörmətli Həkimlər!

Sizi 18 aprel 2026-cı il tarixində Holiday Inn Baku otelində keçiriləcək

“ XXI Əsrin Genomik Tibbi: Reproduktiv Sağlamlıqdan Neyrogenetikaya” mövzusunda elmi-praktik konfrans iştirak etməyə dəvət edirik.

Konfransın əsas məqsədi genomik tibbin müasir nailiyyətlərinin klinik praktikada tətbiqi, reproduktiv sağlamlıq və neyrogenetika sahəsində elmi yeniliklərin müzakirəsi, eləcə də diaqnostika və müalicə yanaşmalarının təkmilləşdirilməsidir.

Tədbir çərçivəsində:

  • Genetik diaqnostikanın aktual metodları
  • İrsi xəstəliklərin erkən aşkarlanması
  • Reproduktiv genetika sahəsində yeni yanaşmalar
  • Neyrogenetik pozuntuların molekulyar əsasları
  • Klinik təcrübəyə əsaslanan elmi təqdimatlar müzakirə olunacaqdır.

Konfrans sahə üzrə mütəxəssislər arasında elmi biliklərin paylaşılması, multidissiplinar əməkdaşlığın gücləndirilməsi və praktik bacarıqların artırılması baxımından mühüm platforma rolunu oynayacaqdır.

Konfrans Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunacaq və iştirakçılara sertifikat təqdim ediləcəkdir.

🗓️Tarix :18 Aprel 2026-cı il

📌Məkan : Holiday İnn Baku

📍Konfransın rəsmi agentliyi :Konora Events

📲Sponsorluq və əlavə qeydiyyat üçün əlaqə nömrəsi :099 877 26 29