About the event
Hörmətli həmkarlar, Sizi 29 yanvar 2026-cı il tarixində Yeni Klinika Tibb Mərkəzində keçiriləcək "I Uşaqlıq Boynu Xərçəngi Fərqindəlik" Simpoziumuna dəvət edirik.
Simpoziumun əsas məqsədi uşaqlıq boynu xərçəngi və HPV virusu ilə bağlı müasir elmi yeniliklərin, erkən diaqnostika və profilaktik yanaşmaların müzakirəsidir. Tədbir zamanı sahə üzrə aparıcı mütəxəssislər tərəfindən əhatəli təqdimatlar və interaktiv müzakirələr keçiriləcək.
Simpozium Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunacaqdır.
Qadın sağlamlığı və onkoloji profilaktika sahəsində biliklərinizi genişləndirmək üçün sizi bu elmi tədbirdə iştirak etməyə dəvət edirik.
Registration
I Uşaqlıq Boynu Xərçəngi Fərqindəlik Simpoziumunda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat iştirakçılara tədbir haqqında ətraflı məlumat almaq, iştirakçı vəsiqəsi əldə etmək və DTT kreditləri üçün akkreditasiya olunmaq imkanı verir.
Qeydiyyat qaydaları:
- Qeydiyyat 2026-cı il yanvarın 25-dək açıq olacaq.
- Qeydiyyat təsdiqləndikdən sonra e-mail/whatsapp vasitəsilə təsdiq məktubu göndəriləcək.
Programme
Simpozium zamanı uşaqlıq boynu xərçənginin yaranma səbəbləri, HPV virusunun rolu, erkən diaqnostika və müasir müalicə üsulları geniş şəkildə təqdim ediləcək. Mütəxəssislər Pap smear və HPV testlərinin əhəmiyyəti, vaksinasiya proqramları, həmçinin servikal lezyonlara yanaşma və kolposkopiyanın praktik tətbiqi barədə ətraflı məlumat verəcəklər. Tədbir həm ginekoloqlar, patologlar, onkoloqlar, həm də ümumi praktik həkimlər üçün nəzərdə tutulub və elmi biliklərin mübadiləsi üçün dəyərli platforma olacaq.
Contact
📞 Əlaqə
Simpoziumla bağlı suallarınız və qeydiyyatla əlaqədar müraciətlər üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
+9946772629
