Konfransın Elmi Komitəsi adından sizi böyük məmnuniyyət və iftixar hissi ilə 3-5 Noyabr 2023-cü ildə Bakıda keçiriləcək, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə və Türkiyə Cumhuriyyətinin yaradılmasının 100-cü il dönümünə həsr olunacaq “ Tək millət, iki dövlət. Azərbaycan – Türkiyə Pediatriya Günləri” adlı elmi-praktik konfransımızda iştirak etməyə dəvət edirik. 100-dən artıq iştirakçının qatılacağı bu konfransda, Türkiyənin ən nüfuzlu universitetlərinin çoxsaylı alimlərinin və Almaniya mütəxəssislərinim elmi-praktik çıxışları dinləniləcək, pediatriya sahəsində ən aktual problemlərin həlli yolları birlikdə araşdırılacaq, təcrübə mübadiləsi aparılacaq, xəstəliklərin diaqnostika və müalicəsi sahəsində əldə edilən ən son yeniliklər konfrans iştirakçılarının nəzərinə çatdırılacaqdır. Konfransımızın əsas hədəfi pediatriya sahəsində qardaş ölkə olan Türkiyə alimləri ilə əməkdaşlığı gücləndirmək, gələcəyimiz olan uşaqların sağlamlığı üçün tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Əziz həmkarlarımız! Böyük həvəs və sevgi ilə hazırlaşdığımız bu konfransımızın pediatrlarımız üçün çox səmərəli və verimli olacağına ümidvarıq və sizinlə görüşümüzü səbirsizliklə gözləyirik .
