Tədbir haqqında
DƏYƏRLİ HƏKİMLƏR!
Sizi böyük məmnuniyyətlə "Mamalıq, Ginekologiya və Perinatologiyanın aktual problemlərinə" həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfransa dəvət edirik!
Konfransda Türkiyə, Rusiya, Gürcüstan və Azərbaycanın tanınmış ginekoloq, neonatoloq və perinatoloqları çıxış edəcək. Peşəkar spikerlərin təcrübə paylaşımı, klinik protokollar, yenilikçi yanaşmalar və interaktiv müzakirələr sizi gözləyir.
200-250 arası ginekoloq və neonatoloqun iştirakı nəzərdə tutulur. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 20 DTT balı ilə akkreditasiya olunmuşdur və iştirakçılara sertifikat təqdim ediləcəkdir.
Ümumi məlumat
28-30 sentyabr 2025-ci il tarixlərində "Mamalıq, Ginekologiya və Perinatologiyanın aktual problemlərinə" həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfrans Badamdar Residence Hotel, Bakı ünvanında keçiriləcək. Rəsmi təşkilatçı: Konora Events.
30 sentyabr tarixində aşağıdakı akkreditə olunmuş kurslar keçiriləcək:
- İnteqrativ təbabət kursu — 9 DTT kredit balı
- Mamalıq Qanaxmalarına Müasir Yanaşma kursu — 8 DTT kredit balı
- Neonatal Təxirəsalınmaz Yardım kursu — 5 DTT kredit balı
Qeydiyyat
Qeydiyyatdan keçmək üçün məlumatlarınızı göndərərkən elmi vəzifə və elmi dərəcənizi qeyd etməyi unutmayın (əgər yoxdursa, “Yox” yazın).
Qeydiyyat və ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın: +994556772629
Əlaqə
Qeydiyyat və ətraflı məlumat üçün +994556772629 nömrə ilə əlaqə saxlaya bilərsiniz
