Tədbir haqqında

Hörmətli Həmkarlar! 3-4 Oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun təşkilatçılığı, Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə I Beynəlxalq Parazitalogiya Konfransı keçiriləcəkdir. Səhiyyə Nazirliyi tərəfindən konfrans 7, Workshop isə 6 Davamlı Tibbi Təhsil (DTT) kredit balı ilə akkreditasiya olunmuşdur. Konfransın keçirildiyi ünvan - Radisson Otel Tarix: 4 Oktyabr Workshopun keçirildiyi ünvan - V.Y.Axundov adına Elmi - Tədqiqat Tibbi Profilaktika İnstitutu, Səbail rayonu, Badamdar qəsəbəsi, Mustafabəy Topçubaşovküçəsi 216 Tarix: 3 Oktyabr

Ümumi məlumat

Hörmətli həmkarlar!

3 oktyabr 2025-ci il tarixində I Beynəlxalq Parazitologiya Konfransı çərçivəsində V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun təşkilatçılığı ilə bir sıra master-klasslar keçiriləcək.

Hər bir master-klass Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuşdur və iştirakçılara 6 DTT (CME) kredit balı qazandırır.

Bu, praktik həkimlər üçün biliklərini dərinləşdirmək və rəsmi sertifikatlaşdırılmış kredit balı əldə etmək üçün əla fürsətdir.

Məkan: V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

Qeydiyyat

Hörmətli iştirakçılar!

Master-klasslar və konfransda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

📞 Qeydiyyat və əlavə məlumat üçün əlaqə nömrəsi: +994998772629

Yerlər məhduddur. Zəhmət olmasa, əvvəlcədən qeydiyyatdan keçin.

Əlaqə

Ətraflı məlumat və qeydiyyat üçün bu nömrə ilə əlaqə saxlayın: +994 99 877 26 29